Pakistanda musson yağışları nəticəsində azı 1060 nəfər həlak olub

Baş səhifə

Bakı. Trend:

Pakistanda iyunun 26-dan bəri davam edən güclü musson
yağışlarının səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində
ölənlərin sayı 1060 nəfərə çatıb.

Trend xəbər verir
ki, həlak olanlardan 275 nəfəri uşaqdır.




Fəlakət zamanı müxtəlif dərəcəli xəsarət alanların sayı isə 1063
nəfər olaraq qeydə alınıb.

Pakistanda musson mövsümü adətən hər il ciddi dağıntılara səbəb
olur, lakin bu dəfəki yağışların miqyası xüsusilə ağır nəticələr
doğurub.