Bakı. Trend:
İspaniya millisinin sabiq üzvü Serxio Buskets karyerasını
Türkiyədə davam etdirə bilər.
Trend xəbər verir
ki, 37 yaşlı futbolçuya Superliqa klublarından təklif gəlib.
Xüsusən də “Başakşəhər” ispan yarımmüdafiəçi üçün danışıqlara start
verib.
Busketsin “İnter Mayami” ilə müqaviləsi 2025-ci il dekabrın
31-nə qədərdir. Türkiyə çempionu isə qış transfer dövründə keçidi
həll etməyə çalışacaq.
Qeyd edək ki, “Barselona”nın sabiq futbolçusu 2023-cü ildə ABŞ
klubuna keçmişdi.

