
Bakı. Trend:
Comex birjasında qızıl fyuçerslərinin qiyməti növbəti dəfə
tarixi maksimuma yüksəlib.
Trend xəbər verir
ki, Bakı vaxtı ilə saat 21:09-a olan məlumata görə, qiymətli
metalın qiyməti 1 troya unsiyası üçün 3775,5 dollar (+1,51%) təşkil
edib. Saat 20:19-da isə qızılın qiyməti artımını ləngidərək 3774,7
dollar (+1,49%) səviyyəsində ticarət olunub.
Sentyabrın 22-də səhər saatlarında Comex birjasında qızılın
qiyməti troya unsiyası üçün 3750 dollardan yuxarı qalxaraq tarixi
maksimuma çatmışdı.

