Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un əldə etdiyi məlumata görə, qəza Sitalçay ərazisində qeydə alınıb.
Belə ki, idarə etdiyi avtomobilin sükanına nəzarəti itirən 26 yaşlı Cəmil Hacıəliyev maşını yoldan çıxarıb və beton arakəsməyə çırpıb.
Sürücü ağır xəsarətlərlə xəstəxanaya aparılsa da, həyatını itirib. Onun meyiti müvafiq ekspertizaya təqdim edilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

