
Misirin “Əl-Əhli” klubu bir müddət əvvəl “Trabzonspor”u çalışdıran Abdullah Avcının xidmətində maraqlıdır.
Metbuat.az xəbər verir ki, Misir Premyer Liqasında çıxış edən “Əl-Əhli” klubu Joze Riveyro ilə yollarını ayırıb. İddialara görə, Abdullah Avcı “Əl-Əhli” klubunun yeni baş məşqçisi vəzifəsinə üç namizəddən biridir. Rui Vitoria və Ramon Diazın da “Əl-Əhli”nin məşqçi namizədləri arasında olduğu iddia edilir.
Qeyd edək ki, Abdullah Avcı Türkiyədə bir sıra klublarda və millidə çalışıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

