Hərbi biletə görə 22 min manat pul verdim – Şahid

Baş səhifə

Bakı. Trend:

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin
Xəzər rayon idarəsinin sabiq rəisi, polkovnik-leytenant Ramin
Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti, kapitan Xalid
Əzimov və zabiti, baş leytenant Emil Nəbiyevin cinayət işi üzrə
məhkəmə prosesi keçirilib.

Trend xəbər
verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə şahidlər ifadə
verib.

Şahid qismində ifadə verən Əhməd Əhmədov bildirib ki, magistr
təhsili alırmış və onun möhləti noyabr ayında bitirdi.

“Lakin mənə Xəzər Rayon Hərbi Komissarlığından zəng gəldi ki,
hərbi xidmətə getməlisən. Təhsil sənədimlə ora getdim. Sənədin
keçərli olmadığını bildirdilər. Tibbi müayinə üçün Sabunçu
xəstəxanasına və Qobuya getdim. Məsələni tanışım Abdulla Ələsgərova
bildirdim. Abdulla mənə komissarla danışaraq məsələni yoluna
qoyacağını dedi. Onunla birlikdə yenidən komissarlığa getdim. Ramin
Şükürovla görüşdüm. Səhhətimdə problemin olduğunu dedim. Yenidən
müayinədən keçmək üçün Sabunçuya və Qobuya getdim. İyun ayında mənə
hərbi bilet verildi. Bileti aldıqdan sonra Abdullaya 22 min manat
pul verdim”.

Şahid Araz Məmmədov məhkəmədə ifadə verib. O, kafe işlətdiyini
və ofisaintının yaxının hərbi xidmətlə bağlı problemi olduğunu ona
dediyini bildirib.




“Bizim Yasamal rayon Hərbi Komissarlığının əməkdaşı olan Bəhram
Cəlilov adıbda daimo müştərimiz var idi. Mən də ofisaintın
problemini ona dedim. Bəhram mənə Xəzər Rayon Hərbi Komissarlığı
ilə danışıb nəsə deyə biləcəyini dedi. Bir müddət sonra bu işin 8
minə həll olunacağını bildirdi. Biz 6 min manata razılaşdıq. Mən
ona pulu kafedə verdim.”

Proses oktyabrın 1-i davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən Ramin Şükürova Cinayət
Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir
qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və
312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz
alveri), Emil Nəbiyevə həmin Məcəllənin 311.3.1 və 311.3.3, Xalid
Əzimova isə həmin Məcəllənin 311.3.1 və 311.3.2-ci maddələri
ittiham irəli sürülüb.

Təqsirləndirilən Ramin Şükürov ibtidai araşdırmaya prosessual
rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin
qərarı ilə həbs, Emil Nəbiyevə və Xalid Əzimova isə ev dustaqlığı
qətimkan tədbiri seçilib. Daha sonra Ramin Şükürov məhkəmənin
qərarı ilə ev dusdalığına buraxılıb

Həmçinin hər üç şəxs barəsində vəzifədən kənarlaşdırma növündə
əlavə qətimkan tədbiri seçilib.