Ceyhun Bayramov ruminiyalı həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib

Baş səhifə
Ceyhun Bayramov ruminiyalı həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nyu- Yorkda keçirilən Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 80-ci Sessiyası çərçivəsində rumıniyalı həmkarı Oana-Silvia Toiu ilə görüşüb.

“Report” xəbər verir ki, o, bu barədə “X”də paylaşım edib.

Bildirilib ki, iqtisadi əlaqələr, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və yaşıl enerji layihələri diqqət mərkəzində olmaqla Azərbaycan-Rumıniya strateji tərəfdaşlığının genişləndirilməsi müzakirə edilib.

Həmçinin münaqişədən sonrakı reallıqlara, Azərbaycan-Ermənistan sülh prosesinə də toxunulub.