
Bakı. Trend:
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Taylanda 75,9
milyon ABŞ dolları dəyərində və 137,8 min ton həcmində xam neft və
bitumlu süxurlardan alınan neft məhsulları ixrac olunub.
Bu barədə Trend
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində bu
göstərici 158,3 milyon ABŞ dolları və ya 67,6 faiz, həcm baxımından
isə 249 min ton və ya 63,4 faiz azalıb.
Müqayisə üçün bildirək ki, ötən ilin ilk altı ayında
Azərbaycandan Taylanda 234,2 milyon ABŞ dolları dəyərində 376,8 min
ton neft və neft məhsulları ixrac olunmuşdu.
Qeyd edək ki, cari ilin yanvar-avqust aylarında Azərbaycandan 20
ölkəyə ümumilikdə 8 milyard 396 milyon ABŞ dolları dəyərində və 15
milyon 925 min ton həcmində xam neft və neft məhsulları ixrac
edilib. Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində 1 milyard 912 milyon ABŞ dolları və ya 18,5 faiz az,
həcminə görə isə 551 min 50 ton və ya 3,3 faiz azdır.

