Bakı. Trend:
Livanda yüzlərlə ehtiyatda olan hərbçi və jandarm paytaxt
Beyrutun mərkəzində etiraz aksiyası keçirib.
Bu barədə Trend
xarici KİV-ə istinadən xəbər verir.
Etirazçılar hökumətdən pensiyaların və sosial müavinətlərin
indeksasiyasını və onların məbləğinin artırılmasını tələb edirlər.
Aksiyanın gedişində etirazçılar şəhərin mərkəzi hissəsinə aparan
yolları bağlayıblar.
Nəticədə Livan hökumətinin 2026-cı ilin dövlət büdcəsi ilə bağlı
iclası bir neçə saatlıq təxirə salınıb.

