Region
- 22 sentyabr, 2025
- 16:01
2025-ci ilin birinci yarımilində Ermənistanın dövlət borcu 5,3 trilyon dram (dollar ekvivalentində – 13,85 milyard dollar) təşkil edib.
“Report”un erməni KİV-lərinə istinadən məlumatına görə, bunu parlamentdə maliyyə naziri Vage Ovannisyan bildirib.
“Dövlət borcu ilin əvvəli ilə müqayisədə 4,5%, dollar ifadəsində isə 7,9% artıb”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, hökumətin borcu 4,8% artıb, Mərkəzi Bankın borcu isə 2,2% azalıb.
Nazir həmçinin bildirib ki, dövlət borcu ÜDM-in 52%-nə bərabərdir.
Valyuta strukturuna görə – borcun 51%-i dramla, 49%-i isə xarici valyuta ilə ifadə olunub.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

