Bakı. Trend:
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi –
AZPROMO ilə Dünya İqtisadi Forumu (WEF) arasında Assosiativ Mərkəz
Tərəfdaşlıq (Üzvlük) Sazişi imzalanıb.
Trend xəbər verir
ki, Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu
çərçivəsində baş tutan mərasimdə sənədi AZPROMO-nun İcraçı
Direktoru Yusif Abdullayev və WEF-in Beynəlxalq Ticarət və
İnvestisiyalar üzrə Siyasət və İcma rəhbəri Metyu Stepenson
imzalayıb.
Bu saziş beynəlxalq ticarət və investisiya sahəsində əlaqələrin
genişləndirilməsini və strateji əməkdaşlıq imkanlarının
artırılmasını nəzərdə tutur.

