Ağdərə rayonunun Həsənriz kəndinə və Ağdam rayonunun Sarıcalı kəndlərinə yola salınan növbəti köç karvanı artıq bu kəndlərə çatıb.
”Resmixeber.az” “Report”a istinadən xəbər verir ki, Həsənriz və Sarıcalı kəndlərinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Həsənriz kəndinə 40 ailə (146 nəfər) köçürülüb. Bununla da kəndə köçürülən ailələrin sayı 130-a (452 nəfər) çatıb.
Bu gün həmçinin Ağdam rayonunun Sarıcalı kəndinə yola salınan bir ailə (4 nəfər) də kəndə çatıb. Qeyd olunan köç də daxil olmaqla, Sarıcalıya köçürülən ailələrin sayı 186 (775 nəfər) olub.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
”Resmixeber.az” “Report”a istinadla xəbər verir ki, yenidən qurulan Ağdərə rayonunun Həsənriz kəndinə və Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb.
Bu ərazilərə köç edənlər ölkənin müxtəlif regionlarında, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Həsənrizə 40 ailə (146 nəfər), Sarıcalıya isə bir ailə (4 nəfər) köçürülür.
Qeyd edək ki, iyunun 24-də təşkil olunan köç də nəzərə alınmaqla Ağdərə rayonunun Həsənriz kəndi ilə Ağdam rayonunun Sarıcalı kəndinə köçürülən ailələrin sayı müvafiq olaraq 130-a (452 nəfər) və 186-ya (775 nəfər) çatacaq.


