Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Resmixeber.az” “Report”a istinadən xəbər verir ki, hadisə rayonun M.İbrahimov küçəsində qeydə alınıb.
Qəza zamanı “Hyundai” markalı minik avtomobili “QAZel” markalı sərnişin mikroavtobusuna çırpılıb.
Hadisə nəticəsində xəsarət alanlar rayon xəstəxanasına aparılıblar.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az ın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 21-i, saat 14:50-də baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan dörd nəfər (qadın cinsli) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
“Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Hazırda xəstələrin müalicəsi tibb müəssisəsinin Təcili Tibbi Yardım şöbəsində davam etdirilir və vəziyyətləri stabil olaraq qiymətləndirilir”, – deyə məlumatda bildirilib.

