Daha bir itkin şəhidimiz dəfn olundu – Fotolar

ölkə

I Qarabağ müharibəsində itkin düşən şəhid Fuad Cəfər oğlu Ələsgərovun şəxsiyyəti müəyyənləşdirilərək qalıqları ailəsinə təhvil verilib.

“Resmixeber.az” Qafqazinfo’ya istinadən xəbər verir ki, qalıqları Xocavənd rayonunda tapılan şəhid Tovuz rayonunun Ağbaşlar kəndində torpağa tapşırılıb.

Şəhidlə vida mərasimində yaxınları, I Qarabağ müharibəsinin iştirakçıları və rəsmilər iştirak ediblər.

Qeyd edək ki, F.Ələsgərov 1974-cü il martın 8-də Tovuzun Ağbaşlar kəndində anadan olub. O, 1993-cü il avqustun 31-də Füzuli rayonunun Kürdmahmudlu kəndi istiqamətində itkin düşmüşdü.

Yunis Quliyev

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir