Türkiyəli geoloq Naci Görür Kumburqaz fayı ilə bağlı xəbərdarlıq edib.
Resmixeber.az,Globalinfo.az-a istinadən xəbər verir ki, o, bu barədə sosial media hesabında fikirlərini bölüşüb.
“Silivri sahillərində baş verən zəlzələ Kumburqaz qırılması zonasındadır. Həmin yer kilid nöqtədir, enerji toplayır. Bu da zaman-zaman kiçik zəlzələlərə səbəb olur. Diqqətli olmaq lazımdır, Kumburqaz fayı yüklənir”, – deyə geoloq bildirib.
O qeyd edib ki, son zəlzələ gözlənilən hadisə deyil:
“Baş verənlər sadəcə fayın yüklənməsini artırır. Əsl zəlzələ daha böyük, 7 bal gücündə olacaq. Hökumət və xalq buna hazırlaşmalıdır”.


