«Melissa Group» şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb.
Şirkət rəhbəri Yasamal rayonu söküntü işi əlaqədər cinayət işi çərçivəsində dünən axşam saatlarında saxlanılıb.
Məlumatı DİN-in Mətbuat Xidmətindən “qafqazinfo” ya təsdiqləyiblər.
Xatırladaq ki, ötən gün sosial mediada Bakı şəhəri Ясамальский район Биринджи Алатава массив Абдулвахаб Саламзаде küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola «Melissa Group» tikinti şirkəti tərəfindən söküntü işləri aparılması ilə bağlı görüntülər yayılıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb, araşdırma aparılır. Тикинти широктинин иш icraçısı və ekskovator sürücüsü saxlanılıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə qeyd olunub ki, söküntü işləri ilə əlaqədar Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi əraziyə baxış keçirib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib.

