
Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə bu sőzləri Teleqrafa açıqlamasįnda deyib.
Bir neçə gündür dövlət informasiya ehtiyatlarına kütləvi DDOS hücumları müşahidə olunur. Həmçinin Dövlət İmtahan Mərkəzinin rəsmi saytında daxil olarkən bu problem müşahidə olunur. Yaranmış vəziyyət DİM saytında qeydiyyatdan keçməli olan şagirdlərdə ciddi narahatlığa səbəb olub.
Mətbuat katibi isə bildirib ki, qeydiyyat prosesi 20 fevraldan başlanıb və martın 5-nə qədər davam edəcək.
“Proses elektrondur, 24 saat ərzində işlək olur. Yəni iştirakçılara qeydiyyatdan keçmələri üçün kifayət qədər vaxt verilib”.

