
Azərbaycan Respublikası elm və təhsil nazirinin 2024-cü il 20 fevral tarixli 3-29/3-2-62F/2024 nömrəli əmri ilə təsdiq edilmiş “Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən 26.02.2024-cü il tarixində Humanitar fənlər təmayüllü məktəb-liseyin Tərbiyə işləri üzrə direktor müavini Leyla İsmayılova və UBTR Ülkər İslamovanın təşkilatçılığı ilə Tarix müəllimi Elməddin Quliyev tərəfindən VIII sinif şagirdləri arasında Xocalı faciəsinin 32-cü ildönümünə həsr olunmuş “Xocalı Soyqırımı” adlı debat keçirildi. İlk öncə Ulu öndər Heydər Əliyev başda olmaqla Azərbaycan torpaqları uğrunda canından keçən bütün şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra şagirdlərlə 1)Xocalı faciəsini xalq niyə yaşadı?, 2)Dünya dövlətlərinin Xocalıya laqeyd münasibəti, 3)Bunun kimi hadisələri yaşamamaq üçün nə etməliyik? Sualları ətrafında müzakirələr aparıldı. Sonda liseyin direktoru Nəzakət Əsgərova şagirdlərə Ali Baş komandan cənab İlham Əliyevin başçılığı ilə şəhidlərimizin qanı hesabına alınmış torpaqlarımızı qorumağı və tariximizi unutmamağı tövsiyyə etdi.


