“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib

Dünya




İngiltərənin “Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif göndərib.

Məlumata görə, bu mövsüm “Beşiktaş”da uğurlu çıxışı ilə Avropa klublarının diqqət mərkəzinə düşən  Semih Kılıçsoy karyerasını İngiltərə Premyer liqasında davam etdirə bilər.

İngiltərə klubu “Vest Hem Yunayted” 18 yaşlı hücumçu üçün 30 milyon avro ödəməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, “Beşiktaş” rəsmiləri 30 milyon avroluq təklifi qəbul edəcəklərini bildiriblər.

Mənbə: Sporx.com

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir