UEFA-ya hər görüş üçün cəza ödəyən baş məşqçi ilə yolları ayırıb

Dünya




UEFA-ya hər görüşdə 22 min avro cəza ödəyən klub baş məşqçisi ilə yolları ayırmaq qərarına gəlib.

Bu barədə insayder Fabrisio Romano xəbər verib.

Onun sözlərinə görə, Avropa klubları arasında ən gənc baş məşqçisinə sahib olan Fransanın “Reyms” klubu 31 yaşlı çalışdırıcı Uill Stedi ilə yollarını ayırıb.

Komanda Stedinin məşqçi lisenziyası olmadığı üçün UEFA-ya hər görüşdə 22 min avro cəza ödəyib.

Qeyd edək ki, 2022-ci ilin oktyabr ayından komandanın baş məşqçisi vəzifəsini icra edirdi.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir