Acun İlıcalının yeni alacağı komanda bəlli olub

Dünya




Acun İlıcalının yeni alacağı komanda bəlli olub.

Məlumata görə, təcrübəli iş adamı və İngiltərənin “Hall Siti” klubunun prezidenti Acun İlıcalı bu dəfə Sloveniyanın “Maribor” komandasını alacağını açıqlayıb. 

“Sloveniyanı gəzdim və hansı klubun uyğun olacağına baxdım. Yekun qərar olaraq “Maribor”u almaq istədiyimi bildirdim. Burada azarkeşlər futbola çox diqqətlə yanaşırlar. Digər ölkələrdən də klub sahibi olmaq istəyirəm, amma ilk addımı burada atmaq daha məntiqli gəldi”, – deyə İlıcalı bildirib.

Qeyd edək ki, hər iki tərəf arasında müqavilə bu həftənin sonunda imzalanacaq. 

Mənbə: Goal.com

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir