“Əl-Hilal”ın məşqçisi: “Ronaldu belə matçlarda emosional və zehni konsentrasiyasını itirir”

Dünya




“Əl-Hilal”ın baş məşqçisi Xorxe Xesus Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinal matçında “Ən-Nəsr”in (2:1) hücumçusu Kriştianu Ronaldunun meydandan çıxarılmasına münasibət bildirib.

“Ronaldu dünyanın ən vacib oyunçularından biridir və çoxları üçün nümunədir, lakin o, uduzmağa öyrəşməyib, ona görə də uduzanda başını itirməsi təbiidir, həmçinin emosional və zehni konsentrasiyanı itirir”, – deyə Xesus bildirir.

Xatırladaq ki, 86-cı dəqiqədə Ronaldu rəqibinə dirsək vurduğuna görə birbaşa qırmızı vərəqə alıb.

Mənbə: Championat

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir