Mozambik sahillərində əldəqayırma gəminin batması nəticəsində uşaqlar da daxil olmaqla 90-dan çox insan həlak olub.
Gəmidə ümumilikdə 130 nəfər olub. Onların hamısı vəba xəstəliyindən xilas olmağa çalışırdılar.
Faciəyə səbəb qayığın həddindən artıq yüklənməsi olub.
Xilasedicilər beş nəfəri sağ çıxarıb və axtarışları davam etdirirlər. Bildirilir ki, əlverişsiz hava şəraiti xilasetmə əməliyyatına mane olur.
Ümumilikdə, Mozambikdə oktyabr ayından bəri təxminən 15 min yoluxma qeydə alınıb. Onlardan 32 nəfəri həlak olub.
Mənbə: “Baza” “Telegram” kanalı
www.RESMIXEBER.az


