XİN Beynəlxalq ictimaiyyətə səsləndi: “Bu gün dörd şəxs növbəti mina partlayışının qurbanı oldu” – FOTO/VİDEO

HƏRBİ

Beynəlxalq ictimaiyyət Azərbaycanda mina təhlükəsini aradan qaldırmaq üçün qüvvələrini birləşdirməlidir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) “X” səhifəsində bildirib.

“Ermənistanın basdırdığı minalar Azərbaycanda günahsız dinc insanların həyatına təhlükə yaratmaqda davam edir. Bu gün dörd azərbaycanlı mülki şəxs növbəti mina partlayışının qurbanı olub. Ermənistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların dəqiq xəritələrini verməkdən imtina etməsi genişmiqyaslı bərpa və yenidənqurma işləri, eləcə də məcburi köçkünlərin qayıtması prosesini ləngidir, regionda sülhün bərqərar olması səylərini sarsıdır”, – XİN-in paylaşımında deyilir.

 

www.102info.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir