Rusiyada yolu qırmızı işıqda keçmək istəyən avtomobili tank vurdu – VİDEO

Dünya

Martın 26-da Rusiyanın Nijni Tagil şəhərində yolu qırmızı işıqda keçmək istəyən avtomobili tank vurub.

Qeyri-adi qəza magistralın ehtiyat yolla kəsişməsində baş verib.

Toqquşma nəticəsində avtomobil ciddi şəkildə əzilib.

Avtomobilin sürücüsünün xəsarət alıb-almadığı məlum deyil.

Qeyd edək ki, yaxınlıqda “Uralvaqonzavod” müdafiə müəssisəsi yerləşir.

Müəssisənin mətbuat xidməti qeyri-adi qəzanı şərh edərək bildirib ki, tank sınaq meydançasına doğru hərəkət edib.

Mənbə: e1.ru

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir