Bərdədə baş vermiş qəzada ölənlərin kimliyi məlum olub – YENİLƏNİB + FOTO/VİDEO

Cəmiyyət


Bərdədə baş vermiş qəzada ölənlərin kimliyi məlum olub.

“Report”un məlumatına görə, VAZ-2107 markalı avtomobillə “Mercedes-Benz” markalı nəqliyyat vasitəsinin toqquşması zamanı rayonun Seyid Yusifli kənd sakinləri – 1985-ci il təvəllüdlü Anar Rafiq oğlu Qocayev və 1986-cı il təvəllüdlü Eldəniz Ələkbər oğlu Qasımov ölüblər.

Qeyd edək ki, qəza zamanı daha dörd nəfər ağır xəsarətlər alıb. Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

21:30

Bərdədə baş verən ağır qəzada yaralananların kimliyi məlum olub.

“Report”un məlumatına görə, qəza zamanı 1996-cı il təvəllüdlü Səxavət Novruz oğlu Əliyev, 2003-cü il təvəllüdlü Ömər Vüqar oğlu Abbasov, 2003-cü il təvəllüdlü Elşən Arif oğlu Allahverdiyev, 1991-ci il təvəllüdlü Elçin Natiq oğlu Qasımov xəsarət alıblar.

Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qəza zamanı həmçinin iki nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.

20:56

Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun Saatlı kəndi ərazisində qeydə alınıb. Belə ki, VAZ-2107 markalı avtomobillə “Mercedes-Benz” markalı nəqliyyat vasitəsi toqquşub.

Qəza nəticəsində iki nəfər ölüb, dörd nəfər ağır yaralanıb.

Xəsarət alanlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir