Bakıda qadın küçədə qətlə yetirilib: Keçmiş həyat yoldaşı saxlanılıb

Cəmiyyət


Bakı şəhərinin Nərimanov rayonunda fevralın 13-də qadın keçmiş həyat yoldaşı tərəfindən öldürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə saat 17:30 radələrində baş verib, sözügedən ərazidə küçələrin birində Sevinc Rəfail qızı İbrahimovanı qətlə yetirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının keçmiş həyat yoldaşı 1985-ci il təvəllüdlü Rövşən Eldar oğlu Quliyev saxlanılıb.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir