Samuxda 37 yaşlı kişi bıçaqlanaraq öldürülüb

Kriminal


Noyabrın 9-da saat 16:20-də Samux rayonu Burunqovaq kəndi ərazisində 1986-cı il təvəllüdlü Muraz Rəhim oğlu Abbasovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən həmin kəndin sakini 2001-ci il təvəllüdlü Eltac Xuday oğlu Çələbiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir