İsrail ordusu ilk dəfə Qəzza zolağına daxil oldu

Dünya


İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağının şimalında tanklardan istifadə edərək gecə saatlarında məqsədyönlü reyd keçirib.

Bu barədə SAXAL-ın mətbuat xidməti məlumat yayıb.

“Gecə ərzində İsrail ordusu döyüşlərin növbəti mərhələlərinə hazırlıq məqsədilə Qəzza zolağının şimalında məqsədyönlü tank reydi həyata keçirib. Reydin sonunda əsgərlər ərazini tərk ediblər”, – məlumatda qeyd olunub.

Məlumatda həmçinin bildirilib ki, İsrail ordusu həmçinin gecə saatları ərzində HƏMAS yaraqlılarına, onların infrastrukturuna, həmçinin Qəzza zolağının şimalında tank əleyhinə raket buraxılış məntəqələrinə zərbələr endirib.

Mənbə: TASS

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir