Gəncənin raket atəşinə tutulmasının üçüncü ildönümü ilə bağlı yürüş keçirilib – FOTO

HƏRBİ


17 oktyabr 2020-ci il tarixində, Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulmasının üçüncü ildönümündə Gəncə şəhərində yürüş keçirilib.

“Report”un Qərb bürosunun məlumatına görə, Heydər Əliyev prospekti, “ASAN xidmət” mərkəzinin önündən raket atəşi ilə dağıdılmış əraziyə qədər davam edən yürüşdə şəhər rəhbərliyi, gənclər təşkilatlarının üzvləri, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.

Qeyd edək ki, 2020-ci ilin oktyabr ayında Azərbaycanın Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən beş dəfə ayrı-ayrı günlərdə raket hücumuna məruz qalıb. Terror nəticəsində 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb.

www.102info.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir