İmişlidə traktorla avtomobil toqquşub, ölən var

Cəmiyyət


İmişlidə yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Çaxırlı kəndində qeydə alınıb.

Araz Kazımlının idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə Elvin Qurbanovun idarə etdiyi “Belarus” markalı traktor toqquşub.

Nəticədə minik avtomobilin sərnişini Çingiz Ağayev ölüb, sürücü isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir