Dağıstanda ondan çox yaşayış evi yanıb

Dünya


Dağıstanın Tsuntinski rayonunun yüksək dağlıq Xutrak kəndində ondan çox ev yanıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin respublika üzrə Baş İdarəsi məlumat yayıb.

“Hazırda 20-yə yaxın tikili yanıb. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri və yerli əhali cəlb olunublar”, – idarədən bildirilib.

Alovun yayılmasının qarşısı alınıb, onun tam söndürməsi üçün işlər aparılır.

Yanğının səbəbi açıqlanmayıb.

Mənbə: life.ru

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir