Türkiyəyə məxsus təyyarə Rusiyada problemlə üzləşdi

Dünya


Türkiyənin “AnadoluJet” aviaşirkətinə məxsus, içərisində yüz əllidən çox sərnişinin olduğu təyyarə Perm hava limanına enərkən uçuş-enmə zolağından çıxıb.

Məlumata görə, 3964 saylı reys Antalyadan havaya qalxıb. Permdə aeroporta yaxınlaşan zamanı sürəti səhv hesablayıb və uçuş-enmə zolağının üstündən keçib.

Qeyd edək ki, təyyarədə 174 nəfər olub. Heç kim xəsarət almayıb. Onlar avtobusla hava limanının terminalına aparılıblar.

Mənbə: Mash

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir