İranda daha bir fəaldan xəbər yoxdur – FOTO

Dünya


İran hökuməti güneyli fəallara təzyiqləri artırır. Belə ki, Təbriz şəhərində vətəndaş cəmiyyəti fəalı Əli Qoşaçaylı (Babayi) ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyinin əməkdaşları tərəfindən tutulub.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, o, işlədiyi yerdə təhlükəsizlik qüvvələri tərəfindən döyülüb və məhkəmənin rəsmi qərarı olmadan həbs edilərək naməlum yerə aparılıb.

Əli Qoşaçaylının həbsinin səbəbi və nədə ittiham edildiyi barədə dəqiq məlumat yoxdur.

Xatırladaq ki, güney azərbaycanlı milli fəal Peyman İbrahimi Dinvər də avqustun 26-da Təbriz şəhərində həbs edilərək naməlum yerə aparılıb.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir