Türkiyənin İzmir bölgəsinin iki fərqli ərazisində yanğın baş verib.
Yanğınların səbəbi hələlik məlum deyil.
Bildirilir ki, İzmirin Əliağa bölgəsində yanğınla mübarizəyə altı helikopter, dörd təyyarə və 100-ə yaxın yanğınsöndürən cəlb edilib.
Digər yanğın Menderes rayonunun meşəlik sahəsində başlayıb.
Sözügedən əraziyə isə beş helikopter, üç təyyarə və yanğınsöndürən briqadalar cəlb olunub.
Xatırladaq ki, artıq 10 günə yaxındır ki, Türkiyənin İzmir bölgəsində meşə yanğınları baş verir.
Mənbə: İHA
www.RESMIXEBER.az


